Bakıda marketə saxta pul verən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda marketə saxta pul verən şəxs tutulub

11:39 - 20 / 12 / 2022
Bakıda marketə saxta pul verən şəxs tutulub

Bakıda marketə saxta pul verən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, dekabrın 19-da saat 02.35-də Sabunçu rayonunun Savalan yaşayış sahəsində yerləşən marketlərin birində satıcıya 2 ədəd 200 manatlıq saxta əskinas verən şəxs Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Bakı şəhər sakini Tural Becanov olması müəyyən olunub və 14-cü Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.

1news.az

Paylaş:
248

Son xəbərlər

Bütün xəbərlər