PAŞA Holding tərəfindən İllik İnnovasiya Sammiti təşkil edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Holding tərəfindən İllik İnnovasiya Sammiti təşkil edilib - FOTO

15:49 - 21 / 12 / 2022
PAŞA Holding tərəfindən İllik İnnovasiya Sammiti təşkil edilib - FOTO

Məlumat verildiyi kimi, PAŞA Holding-in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə İllik İnnovasiya Sammiti baş tutub. Sammitin məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və beləcə ölkə və regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir.

Tədbirin ilk hissəsində PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov, Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev və Azərbaycan İnvestisiya Holdinginin baş icraçı direktoru Ruslan Əlixanov nitqlə çıxış ediblər.

Bundan əlavə, Sammitdə ölkənin aparıcı şirkətlərinin nümayəndələrinin, dünyaca məşhur spikerlərin və yerli və xarici startapların çıxışı, panel müzakirələri, birtərəfli çıxışlar, startap təqdimatları, eləcə də “workshop”lar yer alıb.

Video: https://www.youtube.com/watch?v=MgVIkCE9D9E

Paylaş:
370

Son xəbərlər

Bütün xəbərlər