Şoyqu hərbi xidmətə çağırış yaşının qaldırılmasını təklif edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şoyqu hərbi xidmətə çağırış yaşının qaldırılmasını təklif edib

17:07 - 21 / 12 / 2022
Şoyqu hərbi xidmətə çağırış yaşının qaldırılmasını təklif edib

Rusiyada hərbi xidmətə çağırışın 18 yaşdan 21 yaşa qaldırılması təklif edilib.

1news.az APA-ya istinadla xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən MN-in kollegiya iclasında çıxışında bildirib.

O, Rusiya Müdafiə Nazirliyinin vətəndaşların hərbi xidmətə çağırış yaşının mərhələli şəkildə 18-dən 21-ə, yaş həddinin isə 30-a qaldırılmasını təklif etdiyini qeyd edib.

“Rusiya silahlı qüvvələrinin sayını 1,5 milyon hərbçiyə, o cümlədən 695 min müqaviləli hərbçiyə çatdırmaq lazımdır”, - Şoyqu vurğulayıb.

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər