Tovuz rayonunda meyit tapıldı

Tovuz rayonunda meyit tapılıb.
1news.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
Kənddə kişi meyiti tapılan əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Əyyublu kəndindəki su arxının kənarında kişi meyiti olması barədə məlumat daxil olub.
Dərhal Tovuz rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində meyiti tapılan şəxsin kənd sakini, 1987-ci il təvəllüdlü Zaur Əliyev olması müəyyən olunub.
Üzərində gözlə görünən zorakılıq əlamətləri olmayan meyit müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir.