Əməkdar artist infarkt keçirdi
Əməkdar artist Vahid Əliyev infarkt keçirib.
1news.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Tamilla Əliyeva “Elgizlə izlə” verilişində danışıb.
“Hazırda xəstəxanadadır. Ürəyindəki 3 damar tutulub. Müalicə olunmalıdır ki, əməliyyat edilsin. Gözləyirik”, - o deyib.
Qeyd edək ki, V. Əliyevin 70 yaşı var.
1629