Bakıda qadının bank hesabından 2 min manat oğurlanıb

Bakı şəhər sakini olan bir qadının bank hesabından 2000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə 1news.az-a DİN-dən məlumat verilib. Xəbərə görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini Taleh Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
1news.az
236