Bakı sakininin ölümünə səbəb olan şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakininin ölümünə səbəb olan şəxs tutulub

10:36 - 23 / 12 / 2022
Bakı sakininin ölümünə səbəb olan şəxs tutulub

Dekabrın 13-də Binəqədi rayonunun S.S.Axundov küçəsində Bakı şəhər sakini Cəbrayıl Qarayev yıxılaraq aldığı kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dekabrın 19-da orada ölüb.

DİN-dən 1news.az-a verilən məlumata görə, Binəqədi rayon Pİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun dekabrın 12-də saat 18 radələrində həmin küçədə “JAC” markalı avtomobillə vurulması müəyyən olunub. Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Ələddin Bağırov saxlanılıb.

Paylaş:
247

Son xəbərlər

Bütün xəbərlər