Azad olunan ərazilərdə daha 369 hektar minalardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan 1news.az-a bildirilib ki, dekabrın 19-dan 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 8 piyada əleyhinə mina, 2 tank əleyhinə mina və 233 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 369 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
555