Bu il Bakıda işdən çıxarılan məktəb direktorlarının sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il Bakıda işdən çıxarılan məktəb direktorlarının sayı açıqlanıb

Qafar Ağayev14:31 - 26 / 12 / 2022
Bu il Bakıda işdən çıxarılan məktəb direktorlarının sayı açıqlanıb

2022-ci təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 30 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib.

Bu barədə 1news.az-a İdarədən məlumat verilib.

Qeyd olunub ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 13 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib. 172 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 43 direktorla müddətli əmək müqaviləsi bağlanıb.

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər