Azərbaycanda dərmanların qeydiyyatı ilə bağlı yeni sənəd hökumətə təqdim olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda dərmanların qeydiyyatı ilə bağlı yeni sənəd hökumətə təqdim olunub

Qafar Ağayev17:51 - 26 / 12 / 2022
Azərbaycanda dərmanların qeydiyyatı ilə bağlı yeni sənəd hökumətə təqdim olunub

Azərbaycanda əczaçılıq sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədilə hazırlanan sənədlər toplusu hökumətə təqdim olunub.

1news.az-a xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazirliyinin hesabat iclasında deyib.

Nazir bildirib ki, Azərbaycanda əczaçılıq sektorunun dayanıqlı inkişafının təmin edilməsi Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılan Komissiyanın katibliyi Səhiyyə Nazirliyinə tapşırılıb: "Sərəncamda qeyd olunan tapşırıqların icrası məqsədilə dərman vasitələrinin qeydiyyatı prosesi, sektorun rəqəmsallaşdırılması üzrə beynəlxalq təcrübə araşdırılaraq hazırlanmış sənəd toplusu aidiyyəti qurumlarla razılaşdırılaraq təsdiq üçün təqdim olunub".

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər