Faiz subsidiyalaşdırılması üçün müraciət edən sahibkarların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Faiz subsidiyalaşdırılması üçün müraciət edən sahibkarların sayı açıqlanıb

Qafar Ağayev11:10 - 26 / 12 / 2022
Faiz subsidiyalaşdırılması üçün müraciət edən sahibkarların sayı açıqlanıb

1 dekabr 2022-ci il tarixinədək mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində Sahibkarlığın İnkişafı Fonduna 6.333 müraciət daxil olub.

1news.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Bunlardan 5.047-si üzrə subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib.

Təsdiqlənmiş subsidiyanın məbləği 71,4 mln. manat təşkil edir və bunun da 67,9 mln. manatı sahibkarlara ödənilib.

Paylaş:
570

Son xəbərlər

Laçına dolu düşüb

04 / 07 / 2026, 16:10

İmişlidə zəlzələ olub

04 / 07 / 2026, 13:53
Bütün xəbərlər