Azərbaycanda daha 95 nəfər COVID-19-a yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 95 nəfər COVID-19-a yoluxub

16:34 - 27 / 12 / 2022
Azərbaycanda daha 95 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 075 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 510 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 557 nəfərdir.

Ölkədə son sutka ərzində 2 438, hazırkı dövrədək isə 7 423 605 test aparılıb.

Paylaş:
498

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər