İnformasiya təhlükəsizliyi - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

İnformasiya təhlükəsizliyi - “Çıxışa doğru”da MÜZAKİRƏ

09:16 - 27 / 12 / 2022
İnformasiya təhlükəsizliyi - “Çıxışa doğru”da MÜZAKİRƏ

Son vaxtlar istər mətbuat orqanlarının səhifələrində, istər güc strukturları və digər dövlət qurumlarının yayımladığı pres-relizlərdə “İnformasiya təhlükəsizliyi” ifadəsinə tez-tez rast gəlinir.

Ölkə müharibə şəraitində yaşadığından, müharibə mövzusunda yazan KİV nümayəndələri də bu ifadəyə davamlı müraciət edir.

Əslində, bu anlayışa toxunan media mənsublarının əksəriyyəti günümüzün ən aktual termini olan “İnformasiya təhlükəsizliyi”nin tam mahiyyətinə, mənasına varmadan bu fikri harada və necə gəldi istifadə edir.

Bəs “İnformasiya təhlükəsizliyi” nədir? Bu anlayış necə öyrənilir, onun tətbiqi və tələbləri nədən ibarətdir?

1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "İnformasiya təhlükəsizliyi" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Müşfiq Ələsgərli - Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Natiq Məmmədli - Medianın İnkişafı Agentliyinin şöbə müdiri, Yeganə Hacıyeva - Gənc Demokratlar İnstitutunun sədri və Şakir Ağayev - "Novoye vremya" qəzetinin redaktoru, əməkdar jurnalist, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
295

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər