Azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyənlər həbs olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyənlər həbs olunub

Qafar Ağayev10:38 - 27 / 12 / 2022
Azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyənlər həbs olunub

Ağdam sakinləri işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyərkən saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri Xəyal Hüseynov, Elvin Hüseynov, Nicat Fədati, Coşqun Məmmədov və Şəmistan Hüseynov idarələrində olan avtomobillə rayonun işğaldan azad edilmiş ərazisinə daxil olmaq istəyərkən saxlanılıblar.

Yoxlamalar zamanı onların müvafiq icazələrinin olmadığı müəyyən edilib.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Qərara əsasən Xəyal və Elvin Hüseynov qardaşlarının analoji əməllərə yol verdiyinə görə 25, digər şəxslər isə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər.

Paylaş:
325

Son xəbərlər

Bütün xəbərlər