Azərbaycanın 2022-ci ildə itirdiyi tanınmış şəxslər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın 2022-ci ildə itirdiyi tanınmış şəxslər - FOTO

Ayşən İsmayılova15:22 - 29 / 12 / 2022
Azərbaycanın 2022-ci ildə itirdiyi tanınmış şəxslər - FOTO

Artıq bir ili də geridə qoymaq üzrəyik.

Bitməyinə sayılı günlər qalan 2022-ci il xoş xəbərlərlə yanaşı, kədərli hadisələrlə də yadda qalıb. Bu il Azərbaycan bəzi tanınmış şəxslərin ulduzu parlasa da, bəzilərinin ulduzu əbədi olaraq sönüb getdi.

1news.az 2022-ci ildə vəfat edən məşhurların siyahısını təqdim edir:

Yanvarın 8-də uzun müddət idi ki, xərçənglə mübarizə aparan Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Novruz Qartal dünyasını dəyişib.

2022-ci ilin 5 fevralında isə Xalq artisti Əlibaba Məmmədov dünyadan köçdü. 100-dən artıq mahnı və təsniflər yaradan sənətkar 92 yaşında əbədiyyətə qovuşdu.

Fevralın 5-də Azərbaycanın tanınmış jurnalisti, publisist, prezident təqaüdçüsü, “Şöhrət” ordeni sahibi Qalina Alekperovna Mikeladze 91 yaşında vəfat edib. Həmkarları onu tükənməz enerjisinə, həyat eşqinə və aktiv həyat mövqeyinə görə “enerjiverici” adlandırıblar. Q.Mikeladze uzun müddət 1news.az saytı ilə əməkdaşlıq edərək Azərbaycanın mədəni həyatını ətraflı işıqlandırıb.

Fevralın 24-də Azərbaycan əməkdar incəsənət xadimi, tanınmış televiziya rejissoru və ssenarist Arif Qazıyev 83 yaşında həyatla vidalaşıb. Onun ölümünə səbəb insult olub.

Martın 11-də yazıçı, ssenarist və kinorejissor, Azərbaycanın xalq yazıçısı Rüstəm İbrahimbəyov 84 yaşında uzun sürən xəstəlikdən Moskvada vəfat edib. Qeyd edək ki, onun ssenariləri əsasında onlarla film çəkilib, bir çoxu kulta çevrilib (Səhranın Ağ Günəşi) və beynəlxalq mükafatlara layiq görülüb (Günəşin yandırdığı film 1995-ci ildə Xarici Dildə Ən Yaxşı Film Akademiya Mükafatını qazanıb).

Martın 27-də Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov 83 yaşında vəfat edib. Onun ölüm səbəbi uzun sürən xəstəlik olub.

Mayın 6-da Sahilə Qurbanova anidən dünyasını dəyişib. Müğənni Nərmin Kərimbəyovanın repertuarında hit olan "Mənə zaman ver" mahnısının müəllifi məhz odur. Qeyd edək ki, S.Qurbanova fotoqrafiya ilə də məşğul olub.

Mayın 19-da 1989-cu ildən ömrünün son günlərinə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor vəzifəsində çalışan Azərbaycanın xalq artisti, teatr rejissoru və aktyoru Vaqif Əsədov 75 yaşında vəfat edib.

Azərbaycanın tanınmış rəssamı Rakif İsmayılov iyulun 9-da 65 yaşında vəfat edib. Qeyd edək ki, o, şəkər xəstəliyindən əziyyət çəkirdi və ölümündən bir müddət əvvəl ayağı amputasiya olunmuşdu.

İyulun 17-də 82 yaşında tanınmış bəstəkar, Azərbaycanın xalq artisti, ölkədə milli və klassik musiqimizin inkişafında böyük xidmətləri olan professor Sevda İbrahimova vəfat edib.

İyulun 31-də Azərbaycanın tanınmış müəllimi, Bakı şəhəri 132 saylı məktəbin sabiq direktoru Aliyə Təhmasib 75 yaşında vəfat edib. O, Azərbaycan təhsilinin inkişafında böyük rol oynamış, buna görə yüksək dövlət mükafatlarına, diplom və fəxri adlara layiq görülmüşdür.

Avqustun 3-də uzun sürən xəstəlikdən sonra tanınmış azərbaycanlı jurnalist, uzun müddət Vesti.az xəbər saytına rəhbərlik etmiş publisist Araz Zeynalov vəfat edib. “Azərbaycan gəncləri”, “Panorama”, “Kaspi” kimi nəşrlərdə də çalışıb.

Avqustun 9-da uzun illər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışan Azərbaycanın Əməkdar artisti, animasiya ustası, rejissor, rəssam Arif Məhərrəmov 75 yaşında vəfat edib.

Avqustun 15-də məşhur azərbaycanlı müğənni və aktrisa Firəngiz Rəhimbəyova 62 yaşında ABŞ-də dünyasını dəyişib. Onun ölümünə səbəb infarkt olub. Qeyd edək ki, “Bəxt üzüyü” filmində canlandırdığı Sevda obrazı onun karyerasında dönüş nöqtəsi olub.

Azərbaycanın Əməkdar incəsənət xadimi, Yazıçılar Birliyinin üzvü Siyavuş Məmmədzadə sentyabrın 3-də 86 yaşında dünyasını dəyişib. Klassik və müasir Azərbaycan ədəbiyyatının rus dilində təbliğində onun böyük xidmətləri olub.

Əsərləri dünyanın bir çox ölkələrində şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılan Azərbaycanın əməkdar rəssamı Asif Azərelli sentyabrın 4-də 77 yaşında vəfat edib.

Sentyabrın 5-də Nyu-Cersi ştatında uzun sürən xəstəlikdən sonra istedadlı dirijor, Azərbaycanın Əməkdar artisti Fazil Əliyevin 77 yaşında dünyadan köçüb.

Uzun illər Müslüm Maqomayevin rəhbərlik etdiyi kollektivin direktoru olmuş, Azərbaycanın əməkdar mədəniyyət işçisi, prezident təqaüdçüsü İldırım Qasımov sentyabrın 15-də 89 yaşında dünyasını dəyişib. İ.Qasımov Azərbaycanın bütün bölgələrinə qastrol səfərinin təşkilatçısı olub.

Sentyabrın 17-də Azərbaycanın xalq artisti Vaqif Abutalıbovun ömür yolu başa çatıb. Onun yaradıcılıq yolu Tofiq Əhmədovun rəhbərlik etdiyi musiqi ansamblından başlayıb və yaradıcılığının ən parlaq dövrü əfsanəvi Rəşid Behbudovun ansamblı ilə bağlıdır.

Sentyabrın 20-də Bakı Multikulturalizm Mərkəzinin və “İsraildəki Azərbaycan Evi”nin İsrail nümayəndəliyinin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut İsraildə xərçəng xəstəliyindən vəfat edib. O, Azərbaycanın böyük dostu, həyatı boyu vətənini unutmayan, onun maraqlarını müxtəlif beynəlxalq platformalarda müdafiə edən əsl bakılı idi.

Sentyabrın 22-də uzun sürən xəstəlikdən sonra kinoaktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Fərqanə Quliyeva vəfat edib. Aktrisa ömrünün son illərini pedaqoji fəaliyyətlə keçirib.

Sentyabrın 24-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası İqlimə Yaqubova 55 yaşında dünyasını dəyişib.

Sentyabrın 28-də görkəmli Azərbaycan şairi Sabir Yusifoğlu vəfat edib. Qeyd edək ki, o, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü olub.

Sentyabrın 30-da kəskin ağciyər və ürək çatışmazlığından dünyasını dəyişən məşhur azərbaycanlı bəstəkar və ifaçı Rəhim Rəhimli dünyasını dəyişib. 46 yaşlı musiqiçinin gizlətdiyi və heç vaxt danışmadığı 2 ciddi xəstəliyi də var idi: qaraciyər sirrozu və kardiomiopatiya.

Oktyabrın 6-da Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə 70 yaşında vəfat edib. Onun ölüm səbəbi xərçəng olub.

Azərbaycanın Əməkdar İncəsənət Xadimi, bəstəkar Ruhəngiz Qasımova 82 yaşında dünyadan köçüb. oktyabrın 9-da qızına qonaq getdiyi Honq-Konqda dünyasını dəyişib. Bəstəkarın ölümünə səbəb böyrək çatışmazlığı olub. O həyatının son 10 gününü sevilən “Dostum evlənir” mahnısının müəllifi ömrünün son 10 gününü Honq-Konq klinikalarından birində keçirib.

Oktyabrın 23-də Azərbaycanda özünəməxsus ifa tərzi ilə tamaşaçıların çox sevdiyi məşhur xanəndə, əməkdar artist Süleyman Abdullayev 83 yaşında dünyasını dəyişib.

Noyabrın 4-də uzun müddətdir Türkiyə klinikalarından birində uzun müddət sürən xəstəlikdən müalicə olunan Azərbaycanın sabiq vergilər naziri Fazil Məmmədov həyatla vidalaşıb. O ürək çatışmazlığından dünyasını dəyişib. Qeyd edək ki, F.Məmmədov 2000-2017-ci illərdə vergilər naziri vəzifəsini tutub.

2022-ci ildə dil xərçənginin ağır forması məşhur “Yeni Ulduz” verilişinin iştirakçısı olmuş Samir Cabbarovun da həyatına son qoyub. Qeyd edək ki, xəstəlik onun həyatını tamamilə dəyişməyinə, axıcı danışıq qabiliyyətini itirməyinə səbəb olmuşdu. İfaçı dekabrın 11-də dünyasını dəyişib.

Dekabrın 15-də 500-dən artıq bəstənin, üç oratoriyanın, yeddi simfoniyanın, bir kantatanın, üç uşaq operasının, iki musiqili komediyanın, iyirmiyə yaxın filmin mahnıları və s. müəllifi olan görkəmli bəstəkar, professor, Azərbaycanın Xalq artisti Oktay Rəcəbov 81 yaşında vəfat edib. Bəstəkarın ölümünə səbəb koronavirus olub.

Dekabrın 17-də azərbaycanlı teatr və kino aktyoru Sadiq Əhmədovun vəfatı ilə bağlı xəbər yayıldı. - aktyorun 62 yaşı var idi, o, öz evində ölü tapılan aktyorun dekabrın 15-də vəfat etdiyi müəyyən edilib.

Dekabrın 22-də "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı Xalq artisti Fikrət Verdiyev 75 yaşında ağır uzun sürən xəstəlikdən sonra vəfat edib. Xatırladaq ki, Fikrət Verdiyev dahi sənətkar Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva ilə evli olub.

23 dekabrda Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov 73 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Paylaş:
2202

Son xəbərlər

Bütün xəbərlər

Next TV