Professor Elçin Əhmədov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Professor Elçin Əhmədov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Qafar Ağayev14:34 - 30 / 12 / 2022
Professor Elçin Əhmədov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər üzrə professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bu günlərdə Ankarada fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilmiş və türk dünyası elminə verdiyi böyük töhfələrə görə akademiyanın Beynəlxalq Təltif Komitəsinin qərarı ilə Qızıl Ulduz” medalına layiq görülmüşdür.

1news.az xəbər verir ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının iclasında Baş Elmi Şuranın qərarı ilə akademiyanın həqiqi üzvü (akademik) seçilmiş professor Elçin Əhmədovun uzun illər Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə, xüsusilə türk dünyasına çatdırılması istiqamətindəki fəaliyyəti, çoxsaylı fundamental elmi əhəmiyyət daşıyan əsərləri yüksək qiymətləndirilmişdir. Bununla yanaşı, bildirilmişdir ki, Şuşada anadan olmuş və böyümüş Elçin Əhmədovun elmi araşdırmaları ilə yanaşı, Azərbaycanın maarifçilik və mədəniyyət beşiyi olan Şuşanın zəngin tarixi irsinin təbliği sahəsində yorulmaz fəaliyyəti, bu qədim şəhərin Azərbaycan tarixindəki rolu barədə müntəzəm olaraq yerli və xarici kütləvi informasiya vasitələrində analitik yazıları Türkiyədə də dailm maraqla izlənməkdədir.

Qeyd edilmişdir ki, Elçin Əhmədovun məhz 2022-ci “Şuşa İli”ndə xarici ölkələrdə 7 kitabının müxtəlif dillərdə nəşr edilməsi yüksək dəyərləndirilir. Sistemli şəkilsə yazılmış bu əsərlərdə Azərbaycanın çoxəsrlik, zəngin şəhərsalma mədəniyyətinin nadir nümunəsi kimi Şuşanın qədim tarixi, bu şəhərdə doğulmuş, həmçinin Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xidmətləri olan Şuşanın görkəmli şəxsiyyətləri, eləcə də memarlıq abidələri haqqında müfəssəl məlumatların verilməsi, o cümlədən həmin ölkələrdə akademik və elmi dairələrin, kütləvi informasiya vasitələrinin iştirakı ilə geniş təqdimatlarının keçirilməsi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın, xüsusilə Şuşanın dünyada təbliği baxımından təqdirəlayiq haldır. Eyni zamnda, bütün bunlar Şuşa şəhərinin yeni, 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildiyi il baxımından da çox əhəmiyyətlidir.

Məlumat üçün bildirək ki, Elçin Əhmədov 1968-ci ildə Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olmuşdur. 1974-1984-cu illərdə Şuşa şəhər 4 №li orta məktəbdə təhsil almışdır. 1989-cu ildə Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinə daxil olmuş, 1994-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, BDU-da doktoranturaya qəbul olmuş və 1999-cu ilədək Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasında çalışmışdır. 1999-cu ildən indiyə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında professor vəzifəsində işləyir. Eyni zamanda, 2001-2012-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsində dekan müavini, 2017-ci ildən isə həmin fakültədə dekan vəzifəsində çalışmışdır. 2022-ci ildə Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri vəzifəsinə təyin edilmişdir. 2015-2019-cu illədə İctimai Televiziyada “Qarabağ həqiqətləri” verilişinin aparıcısı olmuş, 2022-ci ildən isə AZTV-də “Şuşam mənim” verilişinin aparıcı və şərhçisidir.

O, Azərbaycanın xarici siyasəti və Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar ümumilikdə, 20 kitab, monoqrafiya, dərslik, dərs vəsaiti, eləcə də 100-dən çox elmi məqalənin müəllifidir. Onun İkinci Qarabağ müharibəsi, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü, Qarabağ münaqişəsinə dair beynəlxalq təşkilatlar və böyük dövlətlərin mövqeyini əks etdirən elmi məqalələri Azərbaycanda, həmçinin ölkə xaricində (Ankara, İstanbul, Sakarya, Elazığ, Kilis, Bişkek, Sofiya, Volqoqrad, Tbilisi, Kişinyov, Moskva, Mexiko, Paris və Romada) “Web of science” məlumat bazasına və “Scopus” sisteminə daxil olan impakt faktorlu jurnallarda nəşr edilməklə yanaşı, 500-dən çox analitik məqalələri müxtəlif kütləvi informasiya vasitələrində türk, rus, ingilis, fransız, ispan, alman, italyan, gürcü və bolqar dillərində yayınlanmışdır. Professor Elçin Əhmədov 50-dən çox müxtəlif beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmiş və müvafiq sertifikatlarla təltif edilmişdir. Onun son bir il ərzində maarifçilik və mədəniyyət mərkəzi olan Şuşanın Azərbaycan tarixinində yeri və rolunu əks etdirən kitabları Bakıda, Tibilisidə, Romada, Afinada, Ammanda, Sofiyada, Riqada, Düşənbədə azərbaycan, ingilis, gürcü, italyan, yunan, ərəb, bolqar, latış və tacik dillərində nəşr edilmişdir.

Paylaş:
589

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!Bu gün, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”Bu gün, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər