Bu il Milli parklara səfər edən turistlərin sayı açıqlanıb
Bu il ərzində ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklarımız Göygöl, Şahdağ və Abşeron milli parklarıdır.
Bunu 1news.az-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
“Milli parklarımıza il ərzində ümumilikdə 276 703 nəfər turist səfər edib. Parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub”.
Xidmət rəisinin sözlərinə görə, ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və foto görüntülər də gözəl təbiət ərazilərimizə olan marağın artmasına bu…