Azərbaycanda 5 günlük bayram tətili başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 5 günlük bayram tətili başlayıb

12:52 - 31 / 12 / 2022
Azərbaycanda 5 günlük bayram tətili başlayıb

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.

1news.az xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1-2 yanvar Yeni İllə bağlı bayram günləri elan edilib.

Müvafiq olaraq 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdirilib, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günüdür.

Beləliklə, Yeni İldə 5 gün ardıcıl qeyri-iş günüdür.

Paylaş:
798

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər