Bakıda binada partlayış olub - FOTO - YENİLƏNİB

Bu gün saat 16 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış olması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.
Təhlükəsizlik tədbirləri görülür.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.
16:05
Bakı şəhər Cavadxan və Mormahmid kazımovski küçələrinin kəsişməsində dəhşətli partlayış olub.
1news.az xəbər verir ki, hadisə ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılıb.
Hadisə nəticəsində ölən olduğu bildirilib.
Partlayış çoxmərtəbəli binanın sonuncu mərtəbəsində baş verib.

