Avtomobildən 6 min manat oğurlayan Ağdaş sakini saxlanılıb

Ötən il dekabrın 30-da Nəsimi rayonu ərazisində “Range Rover” markalı avtomobildən 6000 manat oğurlanıb.
DİN-dən 1news.az-a verilən xəbərə görə, bu barədə Nəsimi RPİ 21-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.
407