Keçən il Dövlət Proqramı çərçivəsində 353 nəfər xaricdə təhsil almaq hüququ qazanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçən il Dövlət Proqramı çərçivəsində 353 nəfər xaricdə təhsil almaq hüququ qazanıb

Qafar Ağayev17:33 - 04 / 01 / 2023
Keçən il Dövlət Proqramı çərçivəsində 353 nəfər xaricdə təhsil almaq hüququ qazanıb

Ötən il Dövlət Proqramı çərçivəsində 353 nəfər xaricdə təhsil almaq hüququ əldə edib.

Bu barədə 1news.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-ci ildə keçirilən müsabiqələr nəticəsində 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 18 ölkəsinə aid 111 ali təhsil müəssisəsində 80 nəfər bakalavriat, 273 nəfər isə magistratura səviyyəsində təhsil almaq hüququ qazanıb.

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər