Hacıqabulda piyadanı öldürüb qaçan sürücü saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Qafar Ağayev10:26 - 04 / 01 / 2023
Hacıqabulda piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Hacıqabul rayonunun Meyniman kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb.

Daxilıi İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, dekabrın 3-də saat 22 radələrində rayon sakini, 1988-ci il təvəllüdlü Razi Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1980-cı il təvəllüdlü Bəxtiyar Rəsulovu vuraraq hadisə yerindən yayınıb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə R.Ağayev məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
294

Son xəbərlər

Bütün xəbərlər