Nərimanovda mənzildən 15 min manatlıq antik əşyalar oğurlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanovda mənzildən 15 min manatlıq antik əşyalar oğurlandı

12:05 - 04 / 01 / 2023
Nərimanovda mənzildən 15 min manatlıq antik əşyalar oğurlandı

Bakıda evdən 15 min manatlıq antik əşyalar oğurlanıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Nərimanov rayonunda M.Araz küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 15000 dollar dəyərində antik şamdanlar, mücrü və gümüş kəmər oğurlanması barədə polis məlumat daxil olub.

Oğurluğun ev sahibin evdə olmadığı son 15 gün ərzində törədildiyi bildirilib.

Polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə məhkum olunan, 1996-cı il təvəllüdlü Ramin Tağıyev müəyyən olunaraq saxlanılıb.

Oğurlanan əşyaların yeri tapılaraq maddi sübüt kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaqdır.

R.Tağıyev cinayət məsuliyyətinə cəlb edilib. Nərimanov RPİ İstintaq şöbəsində araşdırmalar davam etdirilir.

Paylaş:
489

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər