Xocavənddə silah-sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocavənddə silah-sursat aşkarlanıb

14:13 - 05 / 01 / 2023
Xocavənddə silah-sursat aşkarlanıb

Xocavənd rayonunda silah-sursat aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 1 avtomat, 1 pulemyot, 4 tank əleyhinə idarə olunan raket sistemi, 2 qumbaraatan, 21 əl qumbarası, 156 müxtəlif çaplı mərmi, 12.800 ədəd müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
744

Son xəbərlər

Bütün xəbərlər