Türkiyədə məktəbli avtobusu qəzaya uğradı, 1 nəfər öldü, 12 nəfər yaralandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədə məktəbli avtobusu qəzaya uğradı, 1 nəfər öldü, 12 nəfər yaralandı

11:22 - 05 / 01 / 2023
Türkiyədə məktəbli avtobusu qəzaya uğradı, 1 nəfər öldü, 12 nəfər yaralandı

Tükiyədə Qaziantep - Kilis avtomobil yolunda məktəbliləri daşıyan avtobusla minik avtomobilinin toqquşması nəticəsində ağır yol qəza hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə “İhlas" Xəbər Agentliyi məlumat yayıb.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

Hadisə yerinə gələn təcili tibbi yardım qüvvələrinin köməyi ilə yaralılar xəstəxanalara çatdırılıb.

Qəzanın baş vermə səbəblərini araşdırmaq üçün müvafiq qurumlar hadisə yerində çalışır.

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər