Baş Prokurorluq Bakıda meyiti tapılan şəxslərin hamısının adlarını və ölüm səbəbi açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq Bakıda meyiti tapılan şəxslərin hamısının adlarını və ölüm səbəbi açıqladı

Qafar Ağayev17:10 - 06 / 01 / 2023
Baş Prokurorluq Bakıda meyiti tapılan şəxslərin hamısının adlarını və ölüm səbəbi açıqladı

Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfər şəxsin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib.

Qeyd olunub ki, araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib

İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş vermişdir.

Paylaş:
1002

Son xəbərlər

Bütün xəbərlər