Qubadlıda xeyli silah-sursat aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubadlıda xeyli silah-sursat aşkarlanıb - FOTO

11:34 - 07 / 01 / 2023
Qubadlıda xeyli silah-sursat aşkarlanıb - FOTO

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan 1news.az -a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 8 tank əleyhinə idarə olunan raket sistemi, 5 qumbaraatan, 35 qumbara, 66 ədəd müxtəlif növ mərmilər və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
541

Son xəbərlər

Bütün xəbərlər