Qarlı havada xəstəxanalıq olanların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarlı havada xəstəxanalıq olanların sayı açıqlandı

14:26 - 09 / 01 / 2023
Qarlı havada xəstəxanalıq olanların sayı açıqlandı

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 müraciət daxil olub. Onlardan 13-ü qadın, 3-ü kişidir.

1news.az xəbər verir ki, müraciətlər əsasən oynaq, çanaq, bilək, topuq, əl nahiyələrinin taravmaları ilə bağlı olub.

Xəsarət alanlardan biri uşaq, digərləri isə 42-61 yaş aralığında şəxslər olub.

Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər