Paytaxt yollarının qardan təmizlənməsi davam edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxt yollarının qardan təmizlənməsi davam edir - FOTO

Qafar Ağayev14:47 - 09 / 01 / 2023
Paytaxt yollarının qardan təmizlənməsi davam edir - FOTO

Gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar küçə və prospektlərin qar və buzdan təmizlənməsini davam etdirib və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və reagentlərin səpilməsi işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə, yollarla yanaşı vətəndaşların daha çox istifadə etdikləri yerlər – metro stansiyalarının qarşısı, avtobus dayanacaqları, ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin ətrafı da təmizlənir. Təmizləmə işlərində həmin müəssisələrin əməkdaşları və ictimai-iaşə obyektlərində çalışanlar da yaxından iştirak edirlər. İşlər gün ərzində davam etdirilir.

İş prossesində çəkilən fotoları təqdim edirik.

Paylaş:
395

Son xəbərlər

Bütün xəbərlər