Rövşən Tağıyev: “Heç bir yolda məhdudlaşdırılma yoxdur”

“Respublikada heç bir yolda məhdudlaşdırılma yoxdur” .
1news.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyevdən magistral yollarla bağlı açıqlamasında deyib.
“Sadəcə müəyyən bir müddət yolların təmizlənməsi üçün xüsusi texnikanın rahat hərəkəti üçün bəzi yollarda hərəkət müvəqqəti dayandırılır və qısa müddət ərzində hərəkət bərpa olunur” .
R. Tağıyev deyib ki, magistral yolların heç birində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılmayıb.
“ Lakin bəzi istiqamətlərdə təhlükəsizlik məqsədi ilə mövsümi şinləri olmayan nəqliyyat vasitələri, yük avtomobilləri və avtobuslar alternativ yollara istiqamətləndirilir. Belə hallarda patrul avtomobilləri də həmin nəqliyyat vasitələrini təhlükəsiz hissəyə aparana qədər müşayiət edir”.