TƏBİB: Təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB: Təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb

Qafar Ağayev10:34 - 09 / 01 / 2023
TƏBİB: Təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə 1news.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Sürüşkən buzlu yollarda rahat hərəkət məqsədilə avtomobillərə zəncirlər paylanılıb.

Bakı şəhərindəki relyefi çətin ərazilərdə xidmət göstərmək üçün 6 ədəd sanitar avtomobil ( 2- Pajero, 2-UAZ, 2 ədəd- 4•4 Mersedes VİTO) hazır vəziyyətə gətirilib.

Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.

Paylaş:
670

Son xəbərlər

Bütün xəbərlər