FHN “Sədərək”dəki yanğınla bağlı daha bir məlumat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN “Sədərək”dəki yanğınla bağlı daha bir məlumat yaydı

11:40 - 09 / 01 / 2023
FHN “Sədərək”dəki yanğınla bağlı daha bir məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Qurumdan 1news.az-a bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi, təxminən, 10ha olan “Sədərək” Ticarət Mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb.

Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər