Cəbrayılda xeyli silah-sursat götürülüb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayılda xeyli silah-sursat götürülüb - VİDEO

15:20 - 10 / 01 / 2023
Cəbrayılda xeyli silah-sursat götürülüb - VİDEO

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun inzibati ərazisindən xeyli sayda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşlarının işğaldan azad edilmiş ərazilərdə keçirdikləri tədbirlərlə tərk edilmiş hərbi mövqelərdən 11 avtomat, 2 pulemyot, 7 qumbaraatan, 2 snayper tüfəngi, 2 optik nişangah, 59 müxtəlif növ mərmi, 7780 ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
416

Son xəbərlər

Bütün xəbərlər