ASCO-nun təşəbbüsü ilə çəkilən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmin treyleri yayımlanıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

ASCO-nun təşəbbüsü ilə çəkilən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmin treyleri yayımlanıb - VİDEO

Qafar Ağayev16:27 - 10 / 01 / 2023
ASCO-nun təşəbbüsü ilə çəkilən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmin treyleri yayımlanıb - VİDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü əsasında xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilərimiz haqqında çəkilən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmin treyleri yayımlanıb.

ASCO-dan 1news.az-a verilən məlumata görə, filmin ssenarisi hadisələrin iştirakçısı olmuş dənizçilərin açıqlamaları və xatirələri əsasında yazılıb. Həmçinin ssenarinin ərsəyə gəlməsində o dövrün araşdırmaçı tarixçiləri, peşəkar ssenaristlər və hərbi ekspertlər də yaxından iştirak ediblər.

Bədii-sənədli filmin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Elxan Cəfərovdur.

Qeyd edək ki, “20 Yanvarda doğulanlar” filmi 20 yanvar 2023-cü ildə İTV-də və ASCO-nun bütün rəsmi sosial şəbəkə hesablarında yayımlanacaq.

Paylaş:
455

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər