Qarlı və dumanlı hava davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarlı və dumanlı hava davam edir

16:52 - 10 / 01 / 2023
Qarlı və dumanlı hava davam edir

Ölkə ərazisində qarlı və dumanlı hava şəraiti davam edir.

1news.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-da saat 15:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Şəki, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Cəfərxan, Neftçala, Biləsuvar, Lerik, Lənkəran, Astara, Bakı, Maştağa, Binə, Neft Daşlarında zəif qar yağır. Digər rayonlarda isə yağıntıda qısa fasilə yaranıb.

Havanın temperaturu hazırda Bakıda və Abşeron yarımadasında və aran rayonlarında 0°-yə yaxındır, dağlıq və dağətəyi rayonlarda isə 11°-dək şaxta müşahidə olunur.

Paylaş:
317

Son xəbərlər

Bütün xəbərlər