BQXK-ya məxsus avtomobillərin aksiya ərazisindən keçidinə növbəti dəfə şərait yaradılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BQXK-ya məxsus avtomobillərin aksiya ərazisindən keçidinə növbəti dəfə şərait yaradılıb - FOTO

Qafar Ağayev09:09 - 10 / 01 / 2023
BQXK-ya məxsus avtomobillərin aksiya ərazisindən keçidinə növbəti dəfə şərait yaradılıb - FOTO

Səhər saatlarında aksiya ərazisindən sərbəst keçməklə Xankəndidən Laçın istiqamətində hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus iki avtomobil geri qayıdıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu dəqiqələrdə onların əks tərəfə keçidi üçün növbəti dəfə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 27 gündür davam edir.

Paylaş:
287

Son xəbərlər

Bütün xəbərlər