Şərurda azyaşlıya siqaret çəkdirib, sosial şəbəkədə yayan şəxs müəyyən edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şərurda azyaşlıya siqaret çəkdirib, sosial şəbəkədə yayan şəxs müəyyən edilib

09:25 - 11 / 01 / 2023
Şərurda azyaşlıya siqaret çəkdirib, sosial şəbəkədə yayan şəxs müəyyən edilib

Sosial şəbəkələrdə azyaşlının siqaret çəkməsini əks etdirən görüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən həmin görüntülərin Şərur rayonu Xanlıqlar kənd sakini Mahmud Həsənov tərəfindən çəkilməsi müəyyən edilib. Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 4 yaşlı bacısı oğlu ilə etdiyi hüquqazidd hərəkətlərə görə M.Həsənov polis orqanına dəvət edilib və barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Paylaş:
250

Son xəbərlər

Bütün xəbərlər