Bakı hava limanı ştat rejimində fəaliyyət göstərir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı hava limanı ştat rejimində fəaliyyət göstərir

Qafar Ağayev09:34 - 11 / 01 / 2023
Bakı hava limanı ştat rejimində fəaliyyət göstərir

Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində işləyir, Bakı hava limanında uçuşlar cədvələ uyğun olaraq həyata keçirilir.

Hava Limanındandan 1news.az-a verilən məlumata görə, hava limanında uçuş-enmə zolaqlarının, sükanlama yollarının və təyyarələrin buzlanmaya qarşı maye ilə təmizlənməsi üçün mütəmadi olaraq bütün zəruri işlər aparılır.

Hava gəmilərinə və sərnişinlərə xidmət də qrafik üzrə həyata keçirilir.

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər