Bakıda özünü 12-ci mərtəbədən atan gənc sağ qaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda özünü 12-ci mərtəbədən atan gənc sağ qaldı

12:38 - 11 / 01 / 2023
Bakıda özünü 12-ci mərtəbədən atan gənc sağ qaldı

Bakıda 19 yaşlı oğlan özünü çoxmərtəbəli binadan atıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gecə saat 21 radələrində 2004-cü il təvəllüdlü O.İ. özünü Binəqədi rayonu İ.Hacıyev küçəsində yaşadığı binanın 12-ci mərtəbəsinin eyvanından atıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

O.İ. reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
469

Son xəbərlər

Bütün xəbərlər