Cəlilabadda sürücü avtobusda qaz balonu yandırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda sürücü avtobusda qaz balonu yandırdı

13:27 - 12 / 01 / 2023
Cəlilabadda sürücü avtobusda qaz balonu yandırdı

Sosial şəbəkədə marşrut avtobusunda qaz balonunun yandırılması ilə bağlı görüntülər yayılıb.

1news.az xəbər verir ki, görüntülərin Cəlilabad rayonunda çəkildiyi iddia edilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, məsələ araşdırılıb və sürücünün kimliyi müəyyən olunub. Məlumata görə, “Mercedes Benz” markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Bağırov Yaşar Bağır oğludur. Onun barəsində müvafiq tədbir görülüb.

Sürücü bildirib ki, qaz balonu mikroavtobusa əyləşən sərnişinlərdən birinə aiddir və balonu salonun içi isti olması üçün yandırıb. Buna baxmayaraq, belə təhlükəli hərəkətin təkrar baş verməməsi üçün sürücü dərhal xətdən kənarlaşdırılıb.

Paylaş:
327

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər