Qazaxıstan televiziyasında Azərbaycan dilində xəbərlər təqdim olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxıstan televiziyasında Azərbaycan dilində xəbərlər təqdim olunur

Qafar Ağayev17:43 - 12 / 01 / 2023
Qazaxıstan televiziyasında Azərbaycan dilində xəbərlər təqdim olunur

Qazaxıstanın Türküstan televiziyasında “Turan Today” xəbərlər proqramının Azərbaycan dilində xidməti fəaliyyətə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a bildiriblər ki, proqramın aparıcısı Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin Tibb fakültəsində təhsil alan III kurs tələbəsi Elvin Həsənovdur. O, 2001-ci ildə Azərbaycanda doğulub. Soydaşımız Türküstan TV-də türk dilində də proqram aparır.

Qeyd edək ki, “Turan Today” xəbərlər proqramında türk dövlətlərində, o cümlədən Azərbaycanda baş verən hadisələr barədə xəbərlər təqdim edilir.

Paylaş:
257

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər