ETSN: Atmosfer havasının keyfiyyəti yaxşılaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ETSN: Atmosfer havasının keyfiyyəti yaxşılaşıb

11:13 - 12 / 01 / 2023
ETSN: Atmosfer havasının keyfiyyəti yaxşılaşıb

Son günlər ölkə ərazisində hava şəraitinin qarlı və şaxtalı keçməsi atmosfer havasının keyfiyyətinə öz müsbət təsirini göstərib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, atmosfer havası üzrə avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, ölkə üzrə atmosfer havasında həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarı norma daxilindədir.

Sinoptik vəziyyətlə əlaqədar ölkə ərazisində yaxın günlərdə havanın keyfiyyətinin əlverişli olacağı proqnozlaşdırılır.

Paylaş:
225

Son xəbərlər

Qızıl bahalaşıb

20 / 12 / 2025, 13:25
Bütün xəbərlər