Xocavəndin Tuğ kəndindən silah-sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocavəndin Tuğ kəndindən silah-sursat tapılıb

10:05 - 13 / 01 / 2023
Xocavəndin Tuğ kəndindən silah-sursat tapılıb

Polis əmədaşları tərəfindən işğaldan azaz edilmiş ərazilərdəki silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Tuğ kəndi ərazisində xidmətdə olarkən tərk edilmiş hərbi mövqelərdən 1 avtomat, 1 qumabaraatan, 1 snayper tüfəngi, 37 snayper patronu, 1 əl qumbarası və 1800 ədəd müxtəlif çaplı patronlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Paylaş:
217

Son xəbərlər

Bütün xəbərlər