Bu şəhidlərin ailələri üçün təqaüdün məbləği 600 manata qaldırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu şəhidlərin ailələri üçün təqaüdün məbləği 600 manata qaldırılır

Qafar Ağayev10:44 - 13 / 01 / 2023
Bu şəhidlərin ailələri üçün təqaüdün məbləği 600 manata qaldırılır

Prezident İlham Əliyev 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

1news.az xəbər verir ki, Fərmana əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilir.

Xatırldaq ki, İndiyə qədər bu məbləğ 500 manat idi.

Bundan başqa, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib.

Paylaş:
238

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər