Peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Peyvənd olunanların sayı açıqlanıb

16:38 - 14 / 01 / 2023
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 594 nəfər vaksinasiya olunub.

1news.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 279, ikinci doza vaksinlərin sayı 141 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 148-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 26 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 937 485 olub.

Paylaş:
1000

Son xəbərlər

Bütün xəbərlər