ADY işğaldan azad edilmiş ərazilərdə hansı işləri görüb?
"Azərbaycan Dəmir Yolları" QSC ötən il də işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən dəmir yollarının və infrastrukturunun tikintisi işləri qrafik üzrə davam etdirib.
1news.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 2024-cü ildə yekunlaşdırılması planlaşdırılan açılmış uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78 % yerinə yetirilib, tikinti işlərinin isə 38 %-i (53,2 km) icra edilmişdir.
Beynəlxalq əhəmiyyətli marşrut olmaqla Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq.
Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan dəmiryol körpüsünün tikintisi üzrə işlərin 85 %-i tamamlanıb. Azərbaycanın ən uzun dəmir yolu körpüsü region ölkələri arasında yükdaşımaların artırılmasına təkan verəcək.
Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm irəliləyişlər əldə olunmuş və tikinti üzrə işlərin 64 %-i yerinə yetirilib.