Ötən il ərzində elmi dərəcə verilməsindən imtina verilən şəxslərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il ərzində elmi dərəcə verilməsindən imtina verilən şəxslərin sayı açıqlanıb

Qafar Ağayev13:36 - 17 / 01 / 2023
Ötən il ərzində elmi dərəcə verilməsindən imtina verilən şəxslərin sayı açıqlanıb

Keçən il müddətində 432 nəfərə fəlsəfə doktoru, 84 nəfərə elmlər doktoru dərəcəsi verilib.

Bu barədə 1news.az-a Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.

Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 222 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 24 nəfərə isə imtina cavabı gəlib.

Bildirilib ki, Ötən il ərzində 246 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Bundan başqa, 2022-ci ildə 200 nəfərə dosent, 28 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 29 nəfərə, professor elmi adı almaq istəyən 7 nəfərə imtina verilib.

Paylaş:
299

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər