DİN: Ötən gün keçirilən əməliyyatlarda 35 kq narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Ötən gün keçirilən əməliyyatlarda 35 kq narkotik aşkarlanıb

09:51 - 17 / 01 / 2023
DİN: Ötən gün keçirilən əməliyyatlarda 35 kq narkotik aşkarlanıb

Polis əməkdaşlarının yanvarın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12,2 kiloqrama yaxın heroin, 17,6 kiloqrama yaxın marixuana, 5,2 kiloqram həşiş qətranı, 21 qram tiryək, həmçinin 1,5 kiloqrama yaxın metamfetamin və 450 ədəd yüksək təsiredici xassəyə malik psixotrop maddə olub.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - məlumatda deyilir.

Paylaş:
437

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər