Əli Əliyev: “Ölkə ərazisində 99 lokal sürüşmə zonası müəyyən edilib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Əliyev: “Ölkə ərazisində 99 lokal sürüşmə zonası müəyyən edilib”

Qafar Ağayev11:54 - 17 / 01 / 2023
Əli Əliyev: “Ölkə ərazisində 99 lokal sürüşmə zonası müəyyən edilib”

"Mütəmadi olaraq ölkə ərazisində sürüşmə zonalarının monitorinqi aparılır”.

1news.az xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistər üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, Hazırda ölkə ərazisində sürüşmə zonaları ilə bağlı durum stabildir.

Sürüşmə ilə bağlı sonuncu monitorinq ötən gün Zığ, Badamdar və Qaraçuxurda aparılıb: "Texnogen faktorların qarşısının alınması istiqamətində işlər davam etdirilir. Ölkə ərazisində sürüşmə hadisələrinin dinamikası azalıb.

Ə.Əliyev bildirib ki, zon illərdə sürüşmə ərazilərində istinad divarları tikilir.

“Qaraçuxurda bu yolla demək olar ki, sürüşmələrin qarşısı alınıb. Badamdar ərazisində də istinad divarlarının inşası prosesi davam etdirilir".

“Ümumilikdə ölkə ərazisində 99 lokal sürüşmə zonası müəyyən edilib və xəritələnib” - deyə, sədr əlavə edib:

"Onlardan 42-si davamlı monitorinqə cəlb edilir".

Paylaş:
297

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər