The Ritz-Carlton, Baku Azərbaycanın kosmopolit paytaxtında yeni lüks standartını təlqin edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

The Ritz-Carlton, Baku Azərbaycanın kosmopolit paytaxtında yeni lüks standartını təlqin edir - FOTO

10:38 - 19 / 01 / 2023
The Ritz-Carlton, Baku Azərbaycanın kosmopolit paytaxtında yeni lüks standartını təlqin edir - FOTO

The Ritz-Carlton, Baku dinamik şəhərə simvolik brendin əfsanəvi xidmətini və misilsiz imkanlarını gətirərək qonaqları Odlar Yurdunda qarşılayır.

Azərbaycan paytaxtının mərkəzində The Ritz-Carlton, Baku qonaqları ölkənin füsunkar mədəniyyətinə qərq olmağa dəvət edir.

Müasir rahatlığın, yerli adət-ənənələrin və məşhur qonaqpərvərliyin unikal birliyini təklif edən The Ritz-Carlton, Baku Azərbaycanda yeni lyuks standartını müəyyən etdiyi üçün qonaqları unudulmaz xatirələr yaratmağa dəvət edir.

“Biz gözəl Azərbaycanı ziyarət edən qonaqlara yüksək səviyyəli lyuks, intuitiv xidmət və müstəsna imkanlar təklif etməkdən məmnunuq. Əfsanəvi memar Zaha Hadid tərəfindən dizayn edilmiş, şəhərin müasir memarlıq simvolu olan Heydər Əliyev Mərkəzi ilə üzbəüz yerləşən yeni hotel turistlərə bu füsunkar məkana bağlanmaq üçün bir sıra tədbirlər təklif edəcək”, - The Ritz-Carlton, Baku hotelinin baş meneceri Tino Lindner bildirib. “Biz qonaqları və yerli sakinləri qarşılamağı, onlara əfsanəvi Ritz-Carlton xidmətini və Azərbaycanın yerli mədəniyyətini əhatə edən zəngin, orijinal təcrübələr təqdim etməyi səbirsizliklə gözləyirik”.

Azərbaycan – Odlar Yurdu – Şərqlə Qərbi gözəl bir şəkildə birləşdirən mədəniyyət mərkəzidir. Ölkənin kosmopolit paytaxtı olan Bakı Xəzər dənizində sakit bir körfəzdə yerləşir. Şəhərin səs-küylü küçələri saysız-hesabsız muzeylər, konsert salonları və restoranlarla doludur, bu da şəhəri maraqlı səyyahlar üçün mükəmməl məkana çevirir.

Heyrətamiz 33 mərtəbəli The Ritz-Carlton, Baku 190 ədəd geniş qonaq otağı və suitlər təklif edir. Onların çoxunda xüsusi eyvan və terraslar var. Prezident Suite 608 kvadratmetrlik yaşayış sahəsi təklif edir. Bura şəxsi qonaq otağı, rəsmi yemək otağı və idman zalı ilə şəhərin ən böyük suitidir.

Ölkənin bənzərsiz mədəni narrativi The Ritz-Carlton, Baku hotelinin bünövrəsinə ehtiyatla toxunub. Kristina Zanic Design Consultants tərəfindən dizayn edilən hotelin interyeri təyinat yerindən ilham alır və müasir qonaqpərvərliyi tarix, incəsənət və mədəniyyətlə məharətlə birləşdirir. Dizayn çoxqatlı bir şəhəri əks etdirir və Azərbaycanın zəngin təzadlarını bütünlükdə incə şəkildə təsvir edir, dekorativ detallar Bakını təmsil edən naxış və rəngləri əks etdirir.

Hotel yerli rəqqasın müşayiəti ilə Whaletone fortepianosu və ənənəvi Azərbaycan musiqisi ilə gündəlik musiqi performansı da daxil olmaqla bir çox mədəni təcrübə təklif edir. Qonaqlar yerli bitki çayları və ənənəvi şirniyyatlarla gündəlik ritualdan həzz ala bilərlər.

The Ritz-Carlton, Baku hotelində nahar bir kulinariya səyahətidir. Yemək məkanı Tribeca klassik Nyu-York və müasir Kaliforniya mətbəxini təqdim edən amerikan tipli brasseriyadır. Zərif və müasir Blind Tiger barı unikal kokteyllər ən yaxşı alkoqollu içkilər seçimi ilə qarışdığı “speakeasy”konsepsiyasından ilhamlanıb.

Otel əlavə olaraq dünya səviyyəli tədbirlər və görüş imkanları təklif edir. Geniş və cəlbedici Şuşa Bal Zalı qarşılanma, işgüzar görüş və ya zərif qala gecəsi üçün mükəmməl məkandır. Təbii işıqla əhatəli, əlavə funksiyalı sahə və ovsunlayıcı bağ qonaqlar üçün mükəmməl qarşılanma yeridir.

Əlavə istirahət obyektlərinə sifarişli Club Lounge və iki qapalı hovuzu olan Ritz-Carlton Spa, ölkənin göllərindən ilham alan müalicə otaqları, açıq bağ sahəsi və fitnes mərkəzi daxildir. Gənc qonaqlar üçün otel məşhur Ritz Kids proqramını təklif edir.

“The Ritz-Carlton, Baku ölkədə və daha geniş regionda zərifliyi və qonaqpərvərliyi yenidən yaradan müstəsna lüks və zəriflik standartını təqdim edir. Biz bu heyrətamiz məkanı təqdim etməkdən çox məmnunuq və qonaqları gözləntilərindən daha üstün qayğı və sevgi ilə qarşılamağı səbirsizliklə gözləyirik” Lindner qeyd edir.

Əlavə məlumat və rezervasiya üçün www.ritzcarlton.com/baku saytına və ya otelin instagram səhifəsinə www.instagram.com/theritzcarlton.baku daxil olun.

Reklam hüququnda

Paylaş:
817

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər